“29 ev tamamilə yararsız vəziyyətdədir”

29-ev-tamamile-yararsiz-veziyyetdedir
Oxunma sayı: 734

Yeraltı təkanlardan sonra bu günə kimi Şamaxı rayon Fövqəladə Hallar Komisiyasına 1110 nəfər müraciət edib.

Bu barədə “Qafqazinfo”ya məlumatı Komisiyasının sədr müavini Rüstəm Əliyev verib. O bildirib ki, müraciətlər əsasında evlərdən 171-nə baxış keçirilib: 

"Məlum olub ki, bu evlərdən 29-u tamamilə yararsız vəziyyətdədir:

Sözügedən evlərin 12-si şəhərdə, 17-si kəndlərdə yerləşir.

63 evin təmirə, 42 evin isə bərpaya ehtiyacı var. 37 evin vəziyyəti isə qənaətbəxşdir".

Rəşad Türkoğlu