29 milyard dollar- - Ötən ilin xarici ticarət dövriyyəsi

29-milyard-dollar-
Oxunma sayı: 2115


“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, əmtəə dövriyyəsinin 71.9 faizini və ya 20.7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 28.1 faizini (8.1 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 12.6 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 90.8 faizi uzaq xarici ölkələrlə, 9.2 faizi MDB üzvü dövlətləri ilə aparılıb. Ölkəyə idxal olunmuş malların 77.2 faizi (6.3 milyard dolları) uzaq xarici dövlətlərdən, 22.8 faizi (1.8 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub. İxrac olunmuş malların 96.2 faizi, yaxud 19.9 milyard dolları uzaq xarici ölkələrə, 3.8 faizi və ya 787.2 milyon dolları MDB üzvü dövlətlərinə göndərilib. 2013-cü ilin müvafiq dövründəkindən daha çox neft məhsulları, meyvə-tərəvəz, mineral və qazlı sular, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları və s. ixrac olunub.

Xarici ticarət əməliyyatları İtaliya, Almaniya, İndoneziya, Rusiya, Fransa, Türkiyə, İsrail, ABŞ, Böyük Britaniya, İspaniya, Hindistan, Tailand dövlətləri ilə daha intensiv olub.

Yanvar-noyabr aylarında ölkəmizə 47.3 milyon dollarlıq humanitar və texniki yardım daxil olub.

Xam neftin ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-in məlumatları nəzərə alınmaqla yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 36.7 milyard dollara, o cümlədən ixrac 28.6 milyard dollara bərabər olmuş və 20.5 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin 4.7 faiz azalması ilə yanaşı qeyri-neft məhsullarının ixracı da 1.1 faiz azalıb.

Günel