29 min 531 nəfər müayinə olunub

29-min-531-nefer-muayine-olunub
Oxunma sayı: 711


“Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün Nərimanov rayonu ərazisində yerləşən 1 nömrəli Dəmir Yolu Poliklinikasında əhalinin növbəti tibbi müayinə prosesi keçirilib. Rayonda fəaliyyət göstərən bütün səhiyyə müəssisələri kimi sözügedən poliklinika da həmçinin, sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub və lazımi şərait yaradılıb. 

Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən operativ tədbirlər sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir. Müəyyən səbəblərdən xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 2-dən etibarən rayon üzrə 29 min 531 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 23 min 164 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 6271 nəfərə ambulator, 96 nəfərə isə stasionar müalicə təyin olunub.