29 nəfər həbs olundu

29-nefer-hebs-olundu
Oxunma sayı: 1543


“Qafqazinfo” xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 41-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.