İngiltərədə “Uiqan” klubunun formasını geyinən honduraslı futbolçu Xuan Karlos Qarsiya dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, 3 ildir leykoz xəstəliyi ilə mübarizə aparan Qarsiya xəstəliyə qalib gələ bilməyib.
29 yaşlı futbolçunun ölümü barədə “Uiqan” klubundan açıqlama verilib.
Həftə sonu “Piterboro” ilə matçda Qarsiyanın xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Qeyd edək ki, xəstəliyi ilə əlaqədar son 3 ildə matçlara çıxa bilməyən Qarsiya, öncəki illərdə 34 dəfə Honduras millisinin formasını geyinib.
Son xəbərlər
Son Xəbərlər