29 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

29-yasli-kisi-avtomobili-ile-birge-itkin-dusub
Oxunma sayı: 2083

Yevlaxda 29 yaşlı şəxs avtomobili ilə birgə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Habil oğlu Məmmədov fevralın 4-ü saat 18 radələrində “VAZ 21014” markalı avtomobil ilə yaşadığı evdən çıxıb.

Lakin o daha sonra geri qayıtmayıb və barəsində məlumat almaq mümkün olmayıb.

Müraciətlə bağlı Yevlax RPŞ-də araşdırma aparılır.