29 yaşlı qadın Kürdə batarkən xilas edildi

29-yasli-qadin-kurde-batarken-xilas-edildi
Oxunma sayı: 2961

Mingəçevir sakini Kürdə boğularkən xilas edilib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü şəhər sakini Bahar İman qızı Fərzəliyeva çayda batarkən ətrafdan keçən insanların köməkliyi ilə xilas edilərək xəstəxanaya çatdırılıb.

B.Fərzəliyevanın hansı səbəbdən çaya düşməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli