Şirvanda qadın üzərinə benzin tökərək özünü yandırıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02.30 radələrində Şirvan şəhəri, R.Rza küçəsi, 88-də yerləşən ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələkbərova Simuzər Yadulla qızı həyat yoldaşı ilə münaqişə zəminində üzərinə benzin tökərək özünü yandırıb.
S.Ələkbərova bədəninin çox hissəsinin termik yanığı və yanıq şoku diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Münaqişəyə səbəb qonşuluqda olan qadının onlara gələrək S.Ələkbərovanın həyat yoldaşına onun telefonuna arvadının şəkilinin göndərməsi barədə deməsi olub və bundan yaranan münaqişə qadının intihara cəhd etməsinə gətirib çıxarıb. Özünü yandıran qadının isə telefonunun olmadığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər