“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızı güllələnərək qətlə yetirilib. Hadisənin kim tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
Qazax rayonunda törədilmiş qətlin üstü açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qazax şəhərində 29 yaşlı A.Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər