Şəmkir rayon sakini 29 yaşlı Allahyar Allahyarov müxtəlif bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib.
“Qafqazinfo” Kepeztv-yə istinadən xəbər verir ki, həkimlər dərhal yaralıya tibbi yardım göstərib və palataya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Allahyar Allahyarovun kim tərəfindən döyülərək, bıçaqlandığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər