3 avtobusun hərəkət sxemi dəyişdirilir

3-avtobusun-hereket-sxemi-deyisdirilir
Oxunma sayı: 2368

İyulun 31-dən etibarən Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (112, 136, 146 №-li) hərəkət sxemi alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.