3 aylıq körpə koronavirusdan sağaldı

3-ayliq-korpe-koronavirusdan-sagaldi
Oxunma sayı: 2138

Vyetnamda koronavirusa yoluxan üç aylıq körpə sağalıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.

Bildirilir ki, ölümcül virus ona nənəsindən keçib və o, 10 gün əvvəl xəstəxanaya yerləşdirilib. Cümə günü körpə Hanoadakı tibb müəssəsindən evə buraxılıb. O, koronavirusa yoluxmuş ən gənc pasiyent olub.

Onun nənəsi isə bu virusa Çinin Uhan şəhərindən Vyetnama qayıdan insandan yoluxub.  

Qeyd edək ki, koronavirus Çində 2 mindən çox insanın həyatına son qoyub, 75 mindən çox insan bu virusa yoluxub, 18 mindən çox pasiyent sağalıb.