3 aylıq reklam kampaniyasına yarım milyard xərclədi

3-ayliq-reklam-kampaniyasina-yarim-milyard-xercledi
Oxunma sayı: 1257

ABŞ prezidentliyinə namizəd, milyarder Maykl Blumberq təbliğat-təşviqat kampaniyası çərçivəsində reklam çarxlarına 500 milyon dollardan çox pul xərcləyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Washington Post” “Advertising Analytics” kompaniyasına istinadən xəbər verib.

Digər namizədlərin donorlardan yığılan pulları istifadə etdiyi halda, Blumberq kampaniyanı öz hesabına həyata keçirir.  

Qeyd edilir ki, milyarder reklama 3 ay ərzində 509,5 milyon dollar pul xərcləyib. Onun digər altı rəqibi isə ötən il ərzində bu ehtiyaclara ümumilikdə 370 milyon dollar sərf edib.