3 azyaşlı uşaq anası özünü asdı- - Gəncədə

3-azyasli-usaq-anasi-ozunu-asdi-
Oxunma sayı: 2701


“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan ans press-ə verilən məlumata görə, şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər. 

Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.

Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə paytaxtda qeydə alınmışdı. Səbail rayon Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asmışdı. İntihar edən qadının iki azyaşlı övladı olub.

“Qafqazinfo”