3-cü dəfə yıxılan keçmiş amerikalı prezident xəstəxanalıq oldu

3-cu-defe-yixilan-kecmis-amerikali-prezident-xestexanaliq-oldu
Oxunma sayı: 1641

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Associated Press”ə istinadən xəbər verir ki, 95 yaşlı Karter Corciya ştatındakı evində yıxılaraq çanaq sümüyünü sındırıb. Keçmiş prezidentin nümayəndəsi bildirib ki, sınıq o qədər də həyati əhəmiyyətli təhlükə daşımır.

Qeyd edək ki, Cimmi Karter son yarım il ərzində artıq üçüncü dəfədir yıxılır. O, yaz aylarında hətta omba əməliyyatı keçirib.