3-cü sinif şagirdini maşın vurub öldürdü- - Gədəbəydə

3-cu-sinif-sagirdini-masin-vurub-oldurdu-
Oxunma sayı: 1680


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. Gədəbəy rayonunun Yenikənd kənd sakini, 2006-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Yasəmən Vidadi qızı Hüseynova məktəbdən evə qayıdarkən avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, iki “VAZ-2107” markalı avtomobil toqquşub, onlardan biri yolun kənarına çıxaraq kənarda dayanan məktəbliyə dəyib, 9 yaşlı aldığı xəsarətdən ölüb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.