3 cüdoçumuz tatamiyə çıxır

3-cudocumuz-tatamiye-cixir
Oxunma sayı: 1101

Antalyada təşkil olunan “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, yarışların sonuncu günü ağır çəkili cüdoçular qüvvəsini sınayacaq. Azərbaycan yığmasının heyətində 3 idmançı – Zelim Kotsoyev, Elmar Qasımov və Uşangi Kokauri medallar uğrunda yarışacaq.  

100 kq
1/8 final. Zelim Kotsoyev - Sirill Mare (Fransa)
1/8 final. Elmar Qasımov - İsaak Bezzina (Malta)
+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Livan) cütünün qalibi

Qeyd edək ki, Antalyada 13 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində Nicat Şıxəlizadə və  Murad Fətiyev bürünc medal qazanıb.