Xəbər verdiyimiz ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı başlayıb.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə 5 güləşçimizdən ikisi - Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəni 1/8 final mərhələsində dayandırıb.
Digər 3 güləşçimiz isə finala vəsiqə qazanıb.
65 kq çəkidə Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanı 12:2 hesabı ilə məğlub edib.
70 kq çəkidə Ağahüseyn Mustafayev Nikolae Koyokarunu (Böyük Britaniya) 6:0, 79 kq çəkidə isə Cəbrayıl Həsənov Andrey Karpaçı (Belarus) 9:4 hesabı ilə məğlub edərək finala yüksəlib.
Hər üç güləşçimizin qızıl medal uğrundakı döyüşdə qarşılaşacaqları rəqiblər də məlumdur.
Final
Hacı Əliyev - Selahattin Qılıncsallayan (Türkiyə)
Ağahüseyn Mustafayev - Mustafa Qaya (Türkiyə)
Cəbrayıl Həsənov - Əhməd Hacımaqomedov (Rusiya)
Son xəbərlər
Son Xəbərlər