3 gün əvvəl əkiz uşaqları ilə arvadını itirmişdi - Ərdoğanın alnından öpdü + Foto

3-gun-evvel-ekiz-usaqlari-ile-arvadini-itirmisdi
Oxunma sayı: 1940

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib şəhərində rejim güclərinin həyata keçirdiyi kimyəvi hücumda 9 aylıq əkiz uşaqlarını, həyat yoldaşı və bir çox qohumunu itirən suriyalı Əbdülhəmin əl-Yusif ilə görüşüb.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, prezidentin mətbuat xidməti görüşdən şəkil paylaşıb.

Fotoda Əbdülhəmin əl-Yusifin Ərdoğanın alnından öpdüyü görünür.

Xatırladaq ki, aprelin 4-də İdlib şəhərinə xlor qazının atılması nəticəsində 100-dən çox insan ölüb, 500-dən çox insan zəhərlənib.