3 gün əvvəl özünü kanala atan qadının meyiti tapıldı

3-gun-evvel-ozunu-kanala-atan-qadinin-meyiti-tapildi
Oxunma sayı: 1065

Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Xatırladaq ki, Bərdə rayon Hacallı kənd sakini olan qadın yanvarın 28-də özünü Qarabağ kanalına atmışdı.