Türkiyədə güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Adıyaman şəhərində xilasedicilər 7 yaşlı uşağı 70 saat sonra dağıntılar altından sağ olaraq çıxarıb.
Ahmet Erdem adlı uşağın isə xilas edilərkən ilk istəyi saqqız olub. Onun qurtarılmasının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər