Rusiyanın Yakutsk bölgəsində yerləşən Oymyakon kəndində yanvar ayında orta temperatur -50 dərəcə dərəcə olur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ərazi dünyanın ən soyuq yaşayış məkanıdır və bugünə kimi qeyd olunan ən aşağı dərəcə - 71,2 dərəcə olub. Bu rəqəm həmçinin Şimal yarımkürəsində ölçülən ən aşağı temperaturdur. 500-ə yaxın insanın yaşadığı kəndin adı donmayan su mənasını verir. Çünki 1920-30-cu illərdə şimal maralını böyüdən ruslar termal bulaqlardan istifadə etmək üçün bu yerə gəlib və daha sonra burada məskunlaşıb. Hava şəraitinə görə bölgədə kənd təsərrüfatı ilə məşğul olmaq imkansızdır. Buna görə də insanların əsas qidası maral və at ətidir. Kənddə cəmi bir mağaza var.
Kəndlilər ovçuluq və balıqçılıqla məşğul olur. Burada gündüzlər dekabr ayında 3 saat, yay aylarında isə 21 saat davam edir.
Soyuqdan mürəkkəb qələmdə donur, eynək üzə yapışır, gecə yatanda sürücülər mühərriki söndürmür. Soyuğa görə torpaq donduğu üçün ailələr rəhmətə gedən qohumlarını basdırmaq üçün ən azı 3 gün məzar qazmalı olurlar.
Bu məqamda fotoqraf Amos Çaplanın Oymyakon kəndindən çəkdiyi fotoları sizə təqdim edirik:
Günel Hacı








Son xəbərlər
Son Xəbərlər