3 il əvvəl tikilən kompleks də dağıldı - Video

3-il-evvel-tikilen-kompleks-de-dagildi
Oxunma sayı: 7308

Bu gün səhər saatlarında Türkiyədə baş vermiş 7.7 bal gücündəki zəlzələ nəticəsində Malatyada “Trend Garden” adlanan yeni tikili də dağılıb.

“Qafqazinfo” xəbər verir ki, 3 il əvvəl tikildiyi iddia olunan binanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Köhnə tikililərlə yanaşı yeni inşa olunan binanın da dağılması müzakirələrə səbəb olmaqla yeni binaların zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib.

Məlumata görə, hazırda dağılmış binada axtarış-xilasetmə işləri davam etdirilir.