“Hesablama Palatası ən çox korrupsiyalaşmış sahələrdə yoxlama aparsın. Mətbuat da yazır ki, bu istiqamətdə tədbir görülmür. Hesab edirəm ki, Hesablama Palatası bu işə nəzarəti artırmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə Hesablama Palatasının 2018- ci il hesabatının müzakirəsində çıxış edərkən dinləyib.
Deputat bildirib ki, bunun üçün “Dövlət maliyyə nəzarəti haqqında” qanunun qəbul edilməlidir: “Bu qanun olarsa, Hesablama Palatasının da xeyrinə olacaq. Çünki qanun çərçivəsində müdaxilə etmək imkanları artacaq. Palatanın fəaliyyəti şəffaflığın artırılması, nəzarətin gücləndirilməsi ilə bağlıdır. Biz neçə ildir hansı nöqsanların təkrarlandığını bilməliyik. Eyni zamanda, hüquq-mühafizə sahəsinə göndərilən işlər barəsində ictimaiyyətə məlumat verilməsini istəyirik. Biz həmçinin əksər iri dövlət qurumlarının palatanın tövsiyələrinə əməl etmədiyini də görürük. Araşdıranda görürük ki, 3 il əvvəl verilən tövsiyələrə bu gün də əməl edilməyib”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə çıxışında büdcə qanunvericliyi əməl edilib edilməsi ilə bağlı Milli Məclisdə dinləmələr təşkil edilməsini təklif edib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər