“3 il əvvəlin videosu indi yayılır” - Meyxana deyən futbolçu

3-il-evvelin-videosu-indi-yayilir
Oxunma sayı: 5294

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev yığmanın toplanışında stolun üzərinə çıxaraq meyxana deyib. 

“Qafqazinfo” sportinfo.az-a istinadən xəbər verir ki, gənc müdafiəçinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub. 

Futbolçunu tənqid edənlər onun daha çox kriminal aləmə həsr edilmiş meyxananı təkrarlamasına toxunublar. 

Maraqlıdır ki, həmin vaxt yığma komandanın məşqçilər heyəti də orada olub. 

Məsələ ilə bağlı futbolçunun özü ilə əlaqə saxladıq. Elvin Cəfərquliyev “Qafqazinfo”ya açıqlamasında bunları dedi: “Video U-21 millinin toplanışında çəkilib. Özü də təxminən 3 il əvvəl. Məşqlərdə verilən tapşırıqların yekununa əsasən bəzən məşqçilərin verdiyi cəzalar olur. Cəzalar adətən əyləncə xarakterlidir. Həmin anda ağlıma gələn, sözlərini bilidiyim o idi deyə, onu oxudum. Orada tək mən deyil, bir neçə futbolçu da oxumuşdu. Necə çəkilib, hardan çəkilib bilmirəm. Maraqlıdır ki, 3 il əvvəlin videosu indi yayılır. Çox güman məşqçilərin masasından çəkilib. Oradan görünən odur. Yenə də deyirəm, Əyləncə xarakterli idi”.