3 il sonra boşana bildilər

3-il-sonra-bosana-bildiler
Oxunma sayı: 1742

Türkiyəli model Demet Şener basketbolçu əri İbrahim Kutluaydan boşanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, qalmaqallı boşanma prosesi ilə gündəmdə olan cütlük bu dəfə razılaşdırılmış protokol əsasında ayrılıb. Məhkəmə qərarına əsasən, Kutluay uşaqlarına ayda 32 min 500 lirə aliment ödəyəcək. Bundan başqa, basketbolçu Demetə də 3 milyon lirə təzminat verəcək. 

Qeyd edək ki, Demet İbrahimdən xəyanət səbəbindən boşanır. Cütlüyün məhkəmə prosesi 2016-cı ildən başlayıb. Məhkəmə 2018-ci ildə onların boşanmasına qərar versə də, Demet İbrahimə qarşı yenidən təzminat davası açmışdı.