3 ildir ki, qızını görmür - Fotolar

3-ildir-ki-qizini-gormur
Oxunma sayı: 1953

Məşhur aktyor Tom Kruz 3 ildir ki, 10 yaşlı qızı Surini görə bilmir.

Qafqazinfo” Radar Onlayn-a istinadən xəbər verir ki, aktyor 2013-ci ildə ayrıldığı həyat yoldaşı Katie Holmesdən dünyaya gələn qızı Surinin beyninin “şeytanlar tərəfindən yuyulduğunu” düşünür və bu səbəblə qızıyla görüşmür.

Kruzun dostları onun əslində qızıyla yenidən görüşmək istədiyini, ancaq Sayentologiya inancına görə, Surinin “Ruhunun tam təmizlənmədən” bu görüşün olmayacağını söyləyiblər.

Xatırladaq ki, Tom Kruz Sayentologiya dinini qəbul edib.

Qeyd edək ki, 1954-cü ildə Sayentologiya din kimi ABŞ-da, Los Angeles şəhərində fəaliyyətə başladı. Sayentologiyanın "din" adlandırılması çox böyük mübahisələrə yol açdı. Çünki o, xristianlığın əsas təlimlərindən fərqli ideyalar irəli sürür.

Eyni zamanda, o vaxtadək Sayentologiyanı elm kimi nəzərdən keçirən bir çox adamlar onun dini mahiyyət daşıması iddiasını qəbul etmirdilər.