3 ilə 21 milyon ziyarətçisi olan Ayasofya... - Fotolar

3-ile-21-milyon-ziyaretcisi-olan-ayasofya
Oxunma sayı: 2877

Ayasofya məscidi üç ildə 21 milyona yaxın ziyarətçi qəbul edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, məscid 2020-ci il iyulun 24-də yenidən ziyarətə açılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə 86 ildən sonra ilk cümə namazı qılınıb.

2021-ci ildə koronavirus pandemiyası səbəbindən ziyarətçi sayı 1 milyon 300 min nəfər, 2022-ci ildə 13 milyon 600 min, bu ilin iyun ayına kimi isə 6 milyon nəfər olub.