Tom Kruzla boşandıqdan sonra adı heç bir sevgi dedi-qodularına qarışmayan aktrisa Katie Holmesin şəxs həyatı barədə xəbərlər yayılmaya başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı aktrisanın üç ildir aktyor Jamie Foxx ilə sevgili olduğu ortaya çıxıb.
Bu barədə Foxxun eks-həyat yoldaşı Claudia Jordan məlumat verib. O, qatıldğı proqramda keçmiş ərinin Katie ilə sevgili olduğunu açıqlayıb.
“Jamie ilə çoxdan yollarımızı ayırmışıq, artıq mənim ən yaxın dostumdur. O, Katie Holmas ilə çox xoşbəxtdir”,- deyə Jordan qeyd edib.
Son xəbərlər
Son Xəbərlər