3 maşın toqquşdu, sürücü öldü

3-masin-toqqusdu-surucu-oldu
Oxunma sayı: 1007

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.