Mərkəzi Banka dövlət büdcəsindən Beynəlxalq Bankı xilas etmək üçün ayrılan vəsaitin qaytarılacağı vaxt açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, sözügedən 3 milyard manat borc 2045-ci ildə qaytarılacaq. Borcun 2.5 milyardı artıq 2015-ci ildə götürülüb, yerdə qalan 500 milyon manat isə yəqin ki, 2016-cı ildə alınacaq. Borc illik 0.15%-lə cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər