“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkda keçirilən turnirin finalında yaponiyalı Key Nişikori ilə mübarizə aparan xorvatiyalı raketka ustası Marin Çiliç 3-0 hesablı qələbə qazanaraq çempion olub. Bu uğurla Çiliç karyerasının ilk “Grand Slam”-ni də qazanmış olub. Çiliç yarımfinalda isveçrəli məşhur tennisçi Roje Federeri mübarizədən kənarlaşdırıb. Yaponiyalı Nişikori isə dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviçi məğlub edib. Yarışın qalibi olan Çiliç mükafat fondu olan 3 milyon dollara da sahib olub.
İqbal
Son xəbərlər
Son Xəbərlər