“3 milyondan çox insanın həyatı təhlükədədir” - Moqerini

3-milyondan-cox-insanin-heyati-tehlukededir
Oxunma sayı: 1577

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini İdlibə hərbi hücumların milyonlarla insanın həyatını riskə atdığını bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Suriya təmsilçisi Steffan de Mistura ilə telefon danışığından sonra Moqerini belə bir açıqlama ilə çıxış edib:

“Bu günlərdə İdlibdə yenidən gərginliyin artması ilə üz-üzəyik. Buna mane olmaq lazımdır. Yoxsa, hücum qərarı alanlar, yaxud buna zəmin yaradanlar tarix və xalq qarşısında məsuliyyət daşıyır. İdlibdə hərbi əməliyyatlar 3 milyondan çox sivil vətəndaşın həyatını təhlükə altında qoyacaq. Bu da insan faciəsinə səbəb olacaq. Bundan başqa, bölgədə gərginlik daha da artacaq”.