Amerikalı müğənni Billi Ayliş “MTV Video Music Awards - 2019” mükafatlandırma mərasimində iştirak edə bilməyib. “Qafqazinfo” məlumatına görə, bu barədə o, İnstaqram hesabında yazıb.
Buna səbəb ifaçının Moskva şəhərində yatması olub.
“Mən Rusiyada yatmışdım. Gülməkdən dayana bilmirəm, amma dostlar, mükafatlara görə yenə də çox sağ olun”, - Ayliş sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, B. Ayliş üç nominasiya üzrə - “Ən yaxşı yeni ifaçı”, “Ən yaxşı montaj” və “İlin push-artisti” – qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər