“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonu, "Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 16:50-də başa çatıb.
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş digər məlumata əsasən, Sumqayıt şəhəri, "Corat" sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:55-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər