3 nəfər xilas edildi

3-nefer-xilas-edildi
Oxunma sayı: 926

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti suda batan 3 nəfəri xilas edib. “Qafqazinfo”qurumun saytına istinadən xəbər verir ki, Xidmətə Neftçala şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

1 nəfərin Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də Xidmətə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Son olaraq, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və  xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.