3 nəfəri bıçaqlayandan sonra “07”yə minib qaçdılar

3-neferi-bicaqlayandan-sonra-07ye-minib-qacdilar
Oxunma sayı: 4493

İyulun 27-də Mingəçevir şəhəri ərazisində yerləşən çay evlərinin birində şəhər sakinləri K.Quliyev və R.Əliyev münaqişə zəminində həmyerliləri E.Hüseynova, V.İbrahimova və S.Səlimova bıçaqla xəsarət yetirib “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk ediblər. 

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Quliyev və R.Əliyev avtomobillə birgə saxlanılıblar.