3 nəfərin öldüyü qəza barədə rəsmi- - Açıqlama

3-neferin-olduyu-qeza-barede-resmi-
Oxunma sayı: 2904


“Qafqazinfo” nun FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi”nə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Qumbaşı kəndində “VAZ” markalı minik avtomobili və “MERCEDES-BENZ” markalı yük avtomobili toqquşub. 

Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1971-ci il təvəllüdlü Həsənov Fuad Tofiq oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Əməliyyat saat 11:00-da başa çatıb.

Qeyd edək ki, ailə Lənkəranın N saylı hərbi hissələrin birində xidmət çəkən digər ailə üzvünün yanına görüşə gedirmişlər.