Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində Bakıdakı 3 nömrəli Uşaq evində Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Bizim Ulu Öndərimiz” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin əvvəlində iştirakçıların ifasında Dövlət Himni səsləndirilib. Uşaq evinin müdirəsi Məhbubə Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin 3 nömrəli uşaq evində olması, burada uşaqlar və müəllimlərlə görüşməsi ilə bağlı xatirələrini danışarq qeyd edib ki, uşaqlarımız hər dəfə Heydər Əliyevlə olan görüşlərindən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyub.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Kərəm Qafarlı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışıb və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu gün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.
Sonra uşaq evinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Azərbaycana, ordumuza həsr olunan şerlər və mahnılar səsləndirilib, uşaqlar şən rəqs nümunələri ilə çıxış ediblər.






Son xəbərlər
Son Xəbərlər