Şəkidə 3 otaqlı ev yanıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Şəki rayonu Aşağı Şabalıd kəndində ümumi sahəsi 204 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 32 kvadratmetr olan talvar yanıb.
Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Son xəbərlər
Son Xəbərlər