3 otaqlı ev yandı

3-otaqli-ev-yandi
Oxunma sayı: 832

Biləsuvarda ev yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, rayonun Əsgərabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 99 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.