3 otaqlı ev yandı

3-otaqli-ev-yandi
Oxunma sayı: 654

Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ev yanıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 200 kv.m olan kürsülü 3 otaqlı evin qamışdan ibarət tavanı 130 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.