3 otaqlı ev yandı

3-otaqli-ev-yandi
Oxunma sayı: 1215

Bakıda yanğın olub.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri  tərəfindən söndürülüb.