“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik tikilmiş ümumi sahəsi 28 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər talvar yanğından mühafizə olunub.
Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər