3 oyunluq cəza alan futbolçu- - "AFFA qərəzli qərar verib"

3-oyunluq-ceza-alan-futbolcu-
Oxunma sayı: 979


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “İnter”in paraqvaylı futbolçusu Sezar Meza Kolli deyib.

Bu gün AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəza alan hücumçu federasiyanın qərarı ilə razılaşmadığını bildirib: “Hakimin yanlış qərarları da var idi. Mən yalnız “Qarabağ”la oyunda meydana çıxacam. O vaxta kimi “İnter”ə sadəcə tribunadan azarkeşlik edəcəm.  Sadəcə uzun müddətli zədədən sonra belə bir cəza almaq da oyunuma, fiziki cəhətdən mənə pis təsir edəcək. İndiki halda AFFA-nın qərarı haqqında çox düşünmürəm. AFFA qərəzli idi. Bu doğru deyil”

Elsevər