3 ton çətənə yandırıldı - Foto

3-ton-cetene-yandirildi
Oxunma sayı: 1160

Qax rayonunun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, bununla bağlı polis və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib. 

Ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.