3 tona yaxın qarpız magistrala dağıldı

3 tona yaxın qarpız magistrala dağıldı
Oxunma sayı: 2864

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, üzü Bakıya doğru hərəkətdə olan qarpızla yüklənmiş “Qazel” maraklı avtomobilə, eyni istiqamətdə gedən iritonnajlı yük maşını çırpılıb. Zərbənin gücündən “Qazel” idarəetmədən çıxaraq yol kənarına aşıb. 

Daşıdığı qarpızlar isə magistral yola dağılıb. Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib. 

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi