3 uşaq faciəli şəkildə öldü- - Azərbaycanda

3-usaq-facieli-sekilde-oldu-
Oxunma sayı: 2859


“Qafqazinfo” xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 18:30 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib. 

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.