“3 yaşa qədər uşaqların müavinət məsələsinə yenidən baxılacaq”

3-yasa-qeder-usaqlarin-muavinet-meselesine-yeniden-baxilacaq
Oxunma sayı: 2467

“Möhtərəm prezidentimiz uşaqların müavinətinin artırılması ilə bağlı müvafiq qurumlara tapşırıq verib. Belə ki,  0 yaşdan 3 yaşa qədər uşaqların müavinət məsələlərinə yenidən baxılacaq”

“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisdə deyib. O bildirib ki, həmçinin uşaqlarla bağlı digər məsələlərə də də baxıla bilər.

H. Rəcəbli  qeyd edib ki, prezident 2019-cu ili sosial təminat məsələlərində görüləsi işlərlə bağlı önəmli il adlandırıb:

“Son iki ay ərzində köklü əsaslı inqilabı addımlar atıldı. Bunların hamısı Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına xidmət edir. Bu proseslər davam edir”.

***

Deputat Rauf Əliyev isə çıxışında şəhid ailələrinin problemlərinə diqqətlə yanaşılmalı olduğunu qeyd edib: “Onlar bizə görüşlərdə işsizliklə bağlı müraciət edirlər. Buna görə də müvafiq qurumlar şəhid ailəsinin üzvlərinin işlə təmin olunması məsələsinə xüsusi diqqət yetirməlidirlər”.

 Günel Türksoy