3 yaşlı qız su quyusunda boğuldu

3-yasli-qiz-su-quyusunda-boguldu
Oxunma sayı: 1181


 “Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb. Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G.Şəfiyevanın cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.